Millimiz Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxacaq
01.12.2025 - 09:56
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçına çıxacaq.
Apasport.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukus" stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qarşılaşmanı maltalı referi Yoanna Vassallo idarə edəcək.
Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.
- Avropa Liqası: “Qalatasaray” xal itirdi, “Beşiktaş” yenə məğlub oldu - YENİLƏNİB
- Frankfurt və Liverduldakı oyunların start heyətləri
- Çexiyalı futbolçu: “Qarabağ”ın keyfiyyətini nəzərə alsaq...”
- Kəmalə Əsgərova EEVZA çempionatında hakimlik edəcək
- Boksçularımız Belarusda beynəlxalq turnirdə 7 medal qazanıb
0
0