Millimiz Belçikaya qalib gəlib
11.09.2025 - 17:53
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Belçika yığması ilə qarşılaşıb.
İtaliyanın Viareccio şəhərində baş tutan görüş komandamızın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev hərəyə bir qol vurublar.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.
- Serbiya – İngiltərə matçının ən yaxşısı seçildi
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Sərhədçi”nin üzvü: “Ümid edirəm ki, hazırıq”
- Vernidub: “Neftçi” kimi tarixi olan komandada işləmək şərəfdir“
- Paris-2024 Yay Olimpiya Oyunlarına hakimlər Bakıdakı dünya çempionatında seçiləcək
0
0