Millimiz dünya çempionatında növbəti matçına çıxır
05.10.2024 - 09:51
Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun II turunda Gürcüstan yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.
I turda Azərbaycan İngiltərəni məğlub edib (4:0), Gürcüstan isə İspaniyaya uduzub (1:13).
Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 7-də İspaniyaya qarşı keçirəcək.
- Millimizin baş məşqçisi: "Hədəfimiz dünya çempionatının finalına vəsiqə qazanmaqdır"
- Voleybol millilərimizin oyunlarının vaxtı BİLİNDİ
- Boksçumuz Avropa çempionatında ilk qələbəsini qazanıb
- "Qarabağ" yeni mövsüm formalarını təqdim edib - VİDEO
- “Neftçi”, “Zirə” və “Qəbələ”nin gözü Konfrans Liqasının püşkündə
0
0