Millimiz FİFA reytinqində irəlilədi
30.11.2023 - 14:22
Milli komandaların FİFA reytinqi açıqlanıb.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması dünyanın 114-cü komandasıdır.
Millimizin hesabında 1174,22 xal var. Komandamız ötən siyahı ilə müqayisədə 6 pillə irəliləyib.
Buna AVRO-2024-ün seçmə mərhələsinin son görüşləri səbəb olub. İsveçlə (3:0) ev, Belçika (0:5) ilə səfər görüşləri yığmamızın irəliləməsi ilə yekunlaşıb.
Qeyd edək ki, cədvələ 1855,20 xala malik Argentina başçılıq edir. Fransa 1845,44 xalla ikinci, İngiltərə 1800,05 xalla üçüncüdür.
- “Sumqayıt”ın baş məşqçisi: “Kaş rəsmi müqavilə imzalamazdım”
- “Valensiya”nın sabiq üzvü daşqınlar nəticəsində həlak olub
- “Karvan”ın futbolçusu Şri Lanka millisinə dəvət alıb
- Türkiyə A Liqasında, Portuqaliya və İspaniya yarımfinalda - YENİLƏNİB
- "Siti"də kabus davam edir: "Artıq matçlarda qalib gələ bilmirik"
0
0