Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşündə iştirak edir.
Azərbaycan Şahmat Federasiyasından apasport.az-a verilən məlumata görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma ilk oyun günündə ağ fiqurlarla mübarizə aparıb.
Bütün partiyalar heç-heçə başa çatıb - 2,5:2,5.
Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq.
Qeyd edək ki, qarşılaşma rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.
- Artur Jorje: "Keyfiyyəti nəzərə alsaq, “Qarabağ”ı keçə bilərdik"
- Lando Norris “Formula 1”in qalibi oldu - KARYERASINDA İLK DƏFƏ
- “Formula 2”: Sərbəst yürüşə start verilib
- Naqelsman Almaniya millisi ilə müqaviləsini uzadıb
- Güləşçilərimiz Albaniyada final və üçüncü yer uğrunda görüşlərdə çıxış edəcəklər