Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
                    
                    28.04.2025 - 15:26
                        
                    
                    Parapauerliftinq üzrə Azərbaycan millisi Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb.
Apasport.az xəbər verir ki, yığma üzvləri Bakuriani şəhərində hazırlıq prosesində iştirak edirlər. Mayın 6-dək davam edəcək toplanışa 6 idmançı qatılıb.
Hazırlıq prosesinə Pərvin Məmmədov, Rəsul Zəkiyev, Şamo Aslanov, Talib Zeynalov, Zəhra Dadaşova ilə Leyla Kərimova cəlb ediliblər.
Toplanış mayın 6-13-ü aralığında Tbilisidə keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.
                                
                                0
                                
                                0