Çimərlik voleybolu üzrə 18 yaşadək qızlar arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan yığması yarışa hazırlığı Misirdə davam etdirəcək.
Azərbaycan Voleybol Federasiyasından apasport.az-a verilən məlumata görə, komanda bu məqsədlə bu gün Şarm əl-Şeyx şəhərinə yola düşüb.
Milli burada rusiyalı mütəxəssis İqor Olefirin rəhbərliyi ilə 14 gün təlim-məşq toplanışı keçəcək. U-18 bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq.
Təlim-məşq toplanışına 6 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.
Qeyd edək ki, AVRO-2024 bu il iyulun 11-dən 14-dək Gürcüstanın Kaçreti şəhərində baş tutacaq.
- Boksçularımız Gürcüstan və Qazaxıstan yığmaları ilə Bakıda hazırlıq keçirlər
- "Arsenal" və "Liverpul"un sabiq futbolçusu müflis elan edildi
- İspaniya - Fransa oyununa hakim təyinatları açıqlandı
- Qriqorçukun gətirdiyini Abasov göndərir - "Neftçi"də ayrılıq
- UEFA-dan Azərbaycan klublarına 1,9 milyon avro