Millimiz ilkin mərhələdə ikinci oyununa çıxır
26.01.2025 - 11:25
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının ilkin mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Apasport.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv San Marinodan olan həmyaşıdları ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, U-19 ötən gün Kosovonu 4:1 hesabı ilə üstələyib. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Bu raundun görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.
- "Sabah" "Neftçi" belə bərabərə qaldı - VİDEO
- “Qarabağ”ın səfər oyununun vaxtı DƏQİQLƏŞDİ
- Branimir Subaşiç: "Azərbaycanda futbol da var, futbolçular da"
- "Alpin" komandasının pilotunun bolidində problem aşkarlandı, avtomobili dayandı
- “Turan Tovuz”un kapitanı: “Qarşımıza avrokuboklara düşmək kimi məqsəd qoyulmayıb” - Müsahibə
0
0