Millimiz Macarıstana qarşı - YENİLƏNİR
04.11.2023 - 10:03
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri üçüncülük uğrunda matçda Macarıstan yığması ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matç “İdman TV”də yayımlanacaq.
Qeyd edək ki, millimizin yarımfinalda məğlub olduğu Qazaxıstan millisi çempionluq üçün Rumıniya millisi ilə qarşılaşacaq.
DÇ-2023
III yer uğrunda oyun
4 noyabr
18:00. Macarıstan - Azərbaycan
- XİN BOK-u İrəvanda Azərbaycan bayrağının yandırılmağı ilə bağlı insidenti pisləməyə çağırdı
- Rəcəb Tayyib Ərdoğan "Fənərbaxça"nı təbrik edib
- Uilyams heç bir klubla danışıq aparmayacaq: YALNIZ “BARSELONA”NI İSTƏYİR
- 80 milyonluq transfer
- Azərbaycan Qran-prisi ABŞ-da rekord tamaşaçı auditoriyası qazanıb
0
0