Millimiz Mançesterə yollandı
29.11.2023 - 11:26
Parataekvondo üzrə Azərbaycan millisi İngiltərənin Mançester şəhərinə yollanıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyası açıqlayıb.
Baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi yığma Qran-prinin final mərhələsində mübarizə aparacaq.
Komandamızın heyətində Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) yer alacaq.
Parataekvondoçularımız K-44 kateqoriyasında mübarizə aparacaqlar.
- Türkiyə klublarının reytinqi: "Fənərbaxça" nəhənglərin önündə
- De Byazi: “Olar, komandanı bildiyim kimi idarə edim?"
- Aleksandr Çertoqanov: "Milli Abbasovun rəhbərliyi altında daha yaxşı oynayacaq"
- Haaland Çempionlar Liqası matçını buraxa bilər
- 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır
0
0