Millimiz mövqeyini qorudu – FİFA reytinqində
25.08.2022 - 12:00
Milli komandaların FİFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, hesabat dövründə az sayda oyun keçirildiyindən siyahıda yalnız cüzi dəyişikliklər olub.
Azərbaycan millisinin mövqeyi isə dəyişməz qalıb. Ötən siyahıdadan sonra heç bir matça çıxmayan Canni de Byazinin yetirmələri 128-ci pillədə qərarlaşıb. Yığmamızın aktivindəki xal sayı 1127,17-yə bərabərdir.
Qardaş Türkiyə yığmasının da mövqeyi toxunulmaz qalıb. “Ay-ulduzlular” 1475,13 xalla 42-cidir.
Qeyd edək ki, cədvələ 1837,56 xalla Braziliya başçılıq edir.
- Çempionlar Liqası: “Borussiya”dan darmadağın, "Arsenal” PSJ-ni məğlub etdi - YENİLƏNİB
- Balakəndə Respublika Şahmat Olimpiadası keçirilib - FOTO
- İki badmintonçumuz ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb
- “Sabah” Litva klubuna məğlub olub
- "Sevilya" belçikalı qolkiperi heyətinə qatmaq istəyir
0
0