FIFA futbol üzrə milli komandaların reytinq siyahısını yeniləyib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi əvvəlki ilə müqayisədə bir pillə irəliləyib.
Ötən reytinqdə 1177.83 xalla 112-ci olan yığma 111-ci sıraya yüksəlib. Buna milli komandanın Macarıstanda keçirdiyi yoldaşlıq oyununda Qazaxıstana 3:2 hesabı ilə qalib gəlməsi səbəb olub.
Fernandu Santuşun başçılıq etdiyi yığmanın aktivində 1179.88 xal var.
Qeyd edək ki, reytinq cədvəlinin ilk 3 pilləsində heç bir dəyişiklik baş verməyəcək. Siyahıya son dünya çempionu Argentina (1860.14) başçılıq edir. Fransa (1837,47) ikinci, Belçika (1797,98) üçüncüdür.
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- Yenidən antirekord: Son 9 mövsümün ən aşağı göstəricisi təkrarlandı
- Teymur Rəcəbov yeniyetmələrlə görüşüb - FOTO
- Rusiya Avarçəkmə Federasiyasının prezidenti: "MDB Oyunları gənc idmançılar üçün vacib bir startdır"
- Ozobiçdən növbəti uğur: "Qəbələ", "Qarabağ", indi də "Neftçi"də