Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxıb.
Apasport.az xəbər verir ki, U-19 Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Çatej” stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində qolları 21-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə Eltun Babazadə (penalti) vurublar.
Qeyd edək ki, beynəlxalq turnir çərçivəsində ilk oyununda İslandiya yığmasını 2:1 hesabı ilə məğlub edən U-19 növbəti matçını sentyabrın 9-da Polşa seçməsinə qarşı keçirəcək.
- “Qarabağ”dan səfərdə minimalhesablı qələbə - YENİLƏNİB
- Sərxan Hacıyev: “Elmar Məmmədyarov yanlış başa düşüb, komanda sayı dəyişməyəcək"
- "Arsenal" Saka ilə müqavilənin müddətini uzatdı
- 57 yaşlı hücumçu peşəkar karyerasına bu klubda davam edəcək
- Rəşad Sadıqov: "Qarabağ" üzərində ilk qələbə camiə üçün sevindiricir" - VİDEO