Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Avropa çempionatının əsas seçmə mərhələsində mübarizə aparan yığmamız son matçına çıxacaq.
Komandamız Türkiyə ilə qarşılaşacaq. Mərhələ adlamaq şansını itirən millimiz üçün bu qarşılaşma formal xarakter daşıyacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, oyunları Xorvatiyada keçirilən qrupun digər matçında meydan sahibləri ilə Bosniya və Herseqovina üz-üzə gələcək.
AVRO-2025-in əsas seçmə mərhələsi
VII qrup, III tur
29 mart
19:00. Azərbaycan – Türkiyə
Hakimlər: Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya)
Ribnjak İdman Arenası
- "Nottingem" transfer çalışmalarına start verdi: "Yuventus"dan iki hücumçu
- Valdas Dambrauskas: “Oyundan yox, nəticədən məmnunam”
- Cənubi Koreya 1/8 finala çıxdı, Uruqvay və Qana qrupda qaldı - YENİLƏNİB
- Fərhad Vəliyev: “De Byazi qorxaq futbol oynatdı” - MÜSAHİBƏ
- Yelena Parxomenko ilk dəfə beynəlxalq oyuna təyinat alıb