Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığma komandamız B Liqasının 1-ci qrupunda "Dalğa Arena"da İsveçrə millisi ilə qarşılaşıb.
Görüş qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb: 4:0.
9 aprel
16:00. Azərbaycan (Qadınlar) – İsveçrə (Qadınlar) 0:4
Qollar: Valotto, 11, Buhler, 20, Pilgrim, 52, Riesen, 54
Baş hakim: Alina Peşu
Baş hakimin köməkçiləri: Daniela Konstantineşçu, Petruta Klaudia İuquleşçu
Dördüncü hakim: Kristina Mariana Trandafir
"Dalğa Arena".
Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib.
- “Araz-Naxçıvan”ın oyunçusu: "Tapşırığı yerinə yetirməli, hədəfə çatmalıyıq”
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
- "Qarabağ" mobil tətbiqini istifadəyə verib
- Halil Atlı: “Bu qələbəni Gəncəyə ərməğan edirik”
- Mahir Emrelinin komandası İstanbulda qələbəyə sevindi