Millimizə Arif Əsədov başçılıq edəcək
27.05.2024 - 22:17
Futbol üzrə Azərbaycan milli komandasını iyunun 7-də Albaniya, 11-də isə Qazaxıstan yığmasına qarşı keçiriləcək beynəlxalq yoldaşlıq görüşlərinə çıxaracaq məşqçilər müəyyənləşib.
Apasport.az xəbər verir ki, Macarıstanın Sombatxey şəhərində baş tutacaq oyunlarda millimizə Arif Əsədov rəhbərlik edəcək.
Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev də təmsil olunacaqlar.
Qeyd edək ki, Albaniya ilə matç Bakı vaxtı ilə saat 21:00-da, Qazaxıstanla qarşılaşma isə saat 18:00-da başlayacaq. Hər iki oyun “Haladas Sport Komplexum”da olacaq.
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
- "Zirə" avrokubok çalışmalarına start verdi: KLUBDAN CİDDİ HƏMLƏ
- Serb forvard “Fənərbaxça”ya “yox” dedi
- Mahir Emreli: “Böyük klublara qarşı oynamağı mən sizdən də çox gözləyirəm” - MÜSAHİBƏ
- Makkolumdan 45 xal, "Pelikans"dan möhtəşəm geridönüş - VİDEO
0
0