19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin II raundu üçün heyəti və oyunlarının təqvimi açıqlanıb.
Apasport.az xəbər verir ki, komanda bu gündən aprelin 9-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Millimiz B Liqasının 6-cı qrupunda Xorvatiya, Çexiya və Gürcüstanla qarşılaşacaq. Bu qrupun oyunları aprelin 11-dən 17-dək Xorvatiyada keçiriləcək.
Həbib Ağayevin baş məşqçisi olduğu komanda aprelin 11-də meydan sahibləri, 14-də Çexiya, 17-də isə Gürcüstan yığmaları ilə üz-üzə gələcək.
|
Nr. |
Adı / Soyadı |
Klub |
|
1 |
Nərgiz Ağaliyeva |
Şəfa |
|
2 |
Firuzə Bayramova |
Dirçəliş |
|
3 |
Vahidə Əlipaşayeva |
Dirçəliş |
|
4 |
Mədinə Curuqova |
Neftçi |
|
5 |
Arzu Cəfərova |
Şəfa |
|
6 |
Səma Əsədova |
Sabah |
|
7 |
Yelizaveta Vaysman |
Şəfa |
|
8 |
Ülviyyə İslamova |
Baku Juniors |
|
9 |
Pərişan Abdullayeva |
Liman |
|
10 |
Xanım Əsədova |
Neftçi |
|
11 |
Aygün Novruzova |
Sabah |
|
12 |
Aysu Əsədova |
Sabah |
|
13 |
Ayan Abdiyeva |
Liman |
|
14 |
Mədinə Qədiməliyeva |
Şəfa |
|
15 |
Məsumə Nəzərli |
Neftçi |
|
16 |
Ayşən Salamzadə |
Neftçi |
|
17 |
Arzu Ağaliyeva |
Şəfa |
|
18 |
Bədriyyə Mavludova |
Şəfa |