Millimizin futbolçusu “Fənərbaxça”ya keçdi
22.08.2022 - 17:00

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Nazlıcan Parlak klubunu dəyişib.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı oyunçu “Konak Belediyespor”dan ayrılıb.
Müdafiəçi karyerasını daha böyük klubda – “Fənərbaxça”da davam etdirəcək. Milliləşdirilmiş oyunçunun “Şükrü Saraçoğlu” İdman Kompleksində imzalanma mərasimi də təşkil olunub. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Nazlıcan Parlak 2019-cu ildən Azərbaycan millisinə çağırılır.
- Şahin Diniyev: "2023/2024 mövsümündə iddialı "Səbail" yaratdıq" - Müsahibə
- Beynəlxalq Konkisürmə İttifaqı yarışlarda salto yerinə yetirməyə icazə verib
- “Qara qartallar” Fil Dişi Sahili yığmasının üzvü ilə vidalaşdı
- PIN Travel şirkəti xəyallarınızı pinləməyə gəlir!
- FIFA-dan DÇ-2022 iştirakçılarına xəbərdarlıq
0
0