Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Ukrayna yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
Apasport.az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Portuqaliyalı mütəxəssis sentyabrın 1-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
| 
			 S.  | 
			
			 AD/SOYAD  | 
			
			 KLUB  | 
		
| 
			 1  | 
			
			 Rza Cəfərov  | 
			
			 Neftçi  | 
		
| 
			 2  | 
			
			 Şahrudin Məhəmmədəliyev  | 
			
			 Qarabağ  | 
		
| 
			 3  | 
			
			 Aydın Bayramov  | 
			
			 Zirə  | 
		
| 
			 4  | 
			
			 Abbas Hüseynov  | 
			
			 Qarabağ  | 
		
| 
			 5  | 
			
			 Qismət Alıyev  | 
			
			 Zirə  | 
		
| 
			 6  | 
			
			 Bəhlul Mustafazadə  | 
			
			 Qarabağ  | 
		
| 
			 7  | 
			
			 Elvin Bədəlov  | 
			
			 Neftçi  | 
		
| 
			 8  | 
			
			 Cəlal Hüseynov  | 
			
			 Arda (Bolqarıstan)  | 
		
| 
			 9  | 
			
			 Rəhman Daşdəmirov  | 
			
			 Sabah  | 
		
| 
			 10  | 
			
			 Anton Krivotsyuk  | 
			
			 “Daejeon Hana Siti” (Cənubi Koreya)  | 
		
| 
			 11  | 
			
			 Elvin Cəfərquliyev  | 
			
			 Qarabağ  | 
		
| 
			 12  | 
			
			 Toral Bayramov  | 
			
			 Qarabağ  | 
		
| 
			 13  | 
			
			 İsmayıl İbrahimli  | 
			
			 Zirə  | 
		
| 
			 14  | 
			
			 Ceyhun Nuriyev  | 
			
			 Zirə  | 
		
| 
			 15  | 
			
			 Səbuhi Abdullazadə  | 
			
			 Sumqayıt  | 
		
| 
			 16  | 
			
			 Emin Mahmudov  | 
			
			 Neftçi  | 
		
| 
			 17  | 
			
			 Anatoli Nuriyev  | 
			
			 Sabah  | 
		
| 
			 18  | 
			
			 Ozan Can Kökçü  | 
			
			 Volendam (Niderland)  | 
		
| 
			 19  | 
			
			 Şahin Şahniyarov  | 
			
			 Qəbələ  | 
		
| 
			 20  | 
			
			 Mahir Emreli  | 
			
			 Kayzerslautern (Almaniya)  | 
		
| 
			 21  | 
			
			 Nəriman Axundzadə  | 
			
			 Qarabağ  | 
		
| 
			 22  | 
			
			 Renat Dadaşov  | 
			
			 Motor (Polşa)  | 
		
| 
			 23  | 
			
			 Musa Qurbanlı  | 
			
			 Qarabağ  | 
		
| 
			 24  | 
			
			 Xəyal Əliyev  | 
			
			 Sabah  | 
		
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda İslandiya yığması ilə, sentyabrın 9-da isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.