Millimizin heyətində dəyişiklik
31.05.2026 - 09:42
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Apasport.az xəbər verir ki, “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb.
Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.
Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.
- “Qarabağ” Azərbaycan kubokunun finalında - YENİLƏNİB
- Haitinin formasında Polşa bayrağı – Səbəbi dizayn səhvi deyil
- Azərbaycan Kubokunun 1/4 finalının ilk oyunlarının cəzaları bəlli oldu
- Elmar Baxşıyev: "Araz-Naxçıvan"ın Bakıda oynaması sırf bizdən asılı deyil“ - MÜSAHİBƏ
- “Qarabağ” “Araz”ı darmadağın etdi - YENİLƏNİB
0
0