Azərbaycan millisinin hücumçusu Renat Dadaşov daha bir klubun maraq dairəsinə düşüb.
Apaaport.az saytının məlumatına görə, Belçikanın ən titullu klubu “Anderlext” 24 yaşlı forvardı heyətinə qatmağı planlaşdırır.
Bir müddət əvvəl millimizin və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevlə də maraqlanan Brüssel təmsilçisi Renatın keçidini yayda reallaşdırmaq fikrindədir. Belçikalılar onu “Qrasshopper”dən transfer etmək üçün artıq indidən danışıqlara başlayıb.
İsveçrə təmsilçisi ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq hücumçunun Belçika nəhənginə keçib-keçməyəcəyi yayda dəqiqləşəcək.
Qeyd edək ki, Dadaşovun xidmətində İtaliya A seriyası təmsilçisi "Salernitana" da maraqlıdır.
- Şahin Diniyev: "Nəticəni ədalətli hesab edirəm"
- Messi - Ronaldo dueli təxirə düşdü - Yalnız finalda üz-üzə gələ bilərlər
- 16 yaşadək voleybolçuların birinciliyində növbəti oyunlar keçiriləcək
- İsmayıl Zülfüqarlı: "Neftçi" həmişə çempionluq üçün mübarizə aparır" - Müsahibə
- "Flamenqo"dan Səudiyyə Ərəbistanına