Millimizin oyunu polşalılara tapşırılıb
02.03.2026 - 18:32
Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununun hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, C Liqasının 3-cü qrupu çərçivəsində martın 3-də baş tutacaq qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.
"Dalğa Arena"da, saat 15:00-da start götürəcək oyunda baş hakim Anna Adamska olacaq.
Ona Yuliya Bukaroviç və Angelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mixalina Dyakov yerinə yetirəcək.
- Tovuzda məhsuldar sülh, “Sumqayıt” Premyer Liqada yerini qorudu - YENİLƏNİB
- "Qarabağ" rəqib meydanlarında 60-cı böyükhesablı qələbəsini qazanıb
- Qələbənin ritmi – APA TV - VİDEO
- Yunan-Roma güləşçilərinin Azərbaycan çempionatına yekun vurulub
- Elvin Məmmədov: "Hamımızın duaları "Qarabağ"la olacaq" - Müsahibə
0
0