Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin Avropa çempionatının əsas mərhələsində keçirəcəyi ilk iki oyuna təyinatlar açıqlanıb.
Apasport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 26-da baş tutacaq Bosniya və Herseqovina ilə matçda Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya) və Kastriot Qerxhaliu (İsveç) iş başında olacaq.
Millinin martın 27-də Xorvatiyaya qarşı keçirəcəyi matçı isə Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya) və Rastislav Behancin (Slovakiya) idarə edəcək.
Hər iki görüş Omiş şəhərində yerləşən Ribnyak İdman Sarayında keçiriləcək. Bosniya və Herseqovina ilə matç Bakı vaxtı ilə saat 19:00-da, Xorvatiya ilə görüş isə 20:00-da başlayacaq.
- Təbriz Həsənov: "Nə qədər çətin olsa da, "Qarabağ" "Dinamo"nu keçmək gücündədir" - Müsahibə
- "Turan Tovuz" legioneri ilə yollarını ayırıb
- De Sart: "Qarabağ"ın sol cinahı daha təhlükəlidir"
- “Real” “El Klassiko”ya çıxmaqdan imtina edir? - Məşq və konfranslar ləğv olundu
- Yaponiya millisinin üzvü “Arsenal”ın hədəfində