Azərbaycan milli komandasının sabiq hücumçusu Uğur Pamuk futboldan uzaq düşüb.
Bunu apasport.az saytına 34 yaşlı milliləşən legionerin özü açıqlayıb.
Almaniya türkü bildirib ki, idmandan ayrıldıqdan sonra özünü yeni sahədə sınayır: “İnşaat sahəsində işləyirəm. Futboldan uzaqlaşmışam. Bu barədə heç düşünmürəm də”.
Azərbaycanda “Xəzər Lənkəran” və “Sumqayıt”ın formasını geyinmiş Uğur karyerasını bitirmək barədə düşünmür. O, yenidən yaşıl meydanlara dönmək arzusundadır: “Özümü yaya hazırlayıram. Həvəskar komandada oynamaq istəyirəm. Bu da yayda reallaşa bilər”.
Qeyd edək ki, Azərbaycan millisində cəmi 1 oyun keçirən Pamukun son klubu 2019/20 mövsümündə forma geyindiyi Almaniyanın aşağı liqa təmsilçisi “Hikret” olub.
- İngiltərə Premyer Liqası: "Arsenal"dan vacib 3 xal
- Qurban Qurbanov: “Xahiş edirəm ki, mənə bir də bu barədə sual verməyəsiz”
- Sedat Saini: “Bayer”ə bu mövsüm ən çox problem yaradan komanda “Qarabağ” oldu" - Müsahibə
- “Qarabağ” - “Sürix” oyununun biletləri satışa çıxarılır - QİYMƏTLƏR
- Azərbaycan taekvondoçusu: “Olimpiadada da uğurlu çıxış edəcəm”