Millimizin üzvü Ekstraklasanın rəmzi komandasına düşüb
11.11.2024 - 16:26

"Radomyak"da çıxış edən Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasına düşüb.
Apasport.az xəbər verir ki, bu barədə Ekstraklasanın rəsmi feysbuk səhifəsi məlumat yayıb.
28 yaşlı müdafiəçi XV turun "11-liy"inə seçilib. Məmmədovun komandası səfərdə "Poqon"u məğlub edib - 1:0. Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub.
Qeyd edək ki, "Radomyak" 15 qarşılaşmadan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.
- FİFA Hakimlər Komitəsinin rəhbəri: “Göyərmiş gözü isə dəhşətli bir kadr idi”
- “Real”ın prezidenti: “Bütün klublar taleyi ilə bağlı öz qərarlarını verə bilər”.
- Omar Hani: “Omoniya”nı keçəcəyik” - MÜSAHİBƏ
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- "Nyukasl"ın 16 oyunluq seriyasını II divizion klubu qırdı
0
0