Millimizin üzvü oynadı, komandası qələbə qazandı
16.03.2025 - 18:56
Millimizin üzvü oynadı, komandası qələbə qazandı

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" bu mövsüm Almaniya II Bundesliqasında 12-ci qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, komanda XXVI turda evdə "Greuther Fürth"ə böyük hesabla qalib gəlib - 3:0.

Millimizin üzvü 81-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Nürnberq" xalını 41-ə çatdıraraq 7-ci pillədə qərarlaşıb və lider "Hamburq"dan 7 xal geri qalır.