Millinin heyətində dəyişiklik
18.12.2023 - 09:42
Futzal üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.
İki futzalçı heyətdən çıxarılıb. Bunlar Emil Həsənzadə və Rumıniya yığması ilə matçda zədələnən Amadeudur.
Onların əvəzinə “Neftçi” İK-dan Mirzə Əmirov və karyerasını Belçikanın RSCA klubunda davam etdirən Eduardo Borges heyətə cəlb olunub.
Qeyd edək ki, millimiz DÇ-2024-ün elit-raund mərhələsində dekabrın 20-də Niderland yığması ilə qarşılaşacaq.
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- Rəşad Sadıqov: "Uşaqların əziyyətinə heyfsilənirəm" - VİDEO
- DÇ: 2 güləşçimiz finalda - YENİLƏNİB
- İtaliya Kuboku: “Bolonya” çempion - 51 il sonra
- Mahir Emreli məşqlərə başladı
0
0