“Mingəçevir”də təyinatlar rəsmiləşdi
23.01.2025 - 20:27
Azərbaycan çempionatının 1-ci Liqasında yarışan “Mingəçevir" yeni baş məşqçisinin adını açıqlayıb.
Apasport.az xəbər verir ki, komandaya Fizuli Məmmədov rəhbərlik edəcək.
Təcrübəli məşqçi ilə 2.5 +1 illik müqavilə imzalanıb. “Mingəçevir"in məşqçilər korpusunda yer alan digər məşqçilərin də adları bəlli olub.
Fizuli Məmmədova Mehman Yunusov və Rafael Əmirbəyov kömək edəcəklər. Rauf Mehdiyev isə qapıçıların hazırlığı üzrə məşqçi vəzifəsini icra edəcək.
Qeyd edək ki, “Mingəçevir" 1-ci Liqada 11 turdan sonra 6 xalla sonuncu pillədə qərarlaşıb.
- Sumqayıt şəhər stadionunda keçiriləcək ilk oyun bəlli oldu
- "Sumqayıt" üç oyunçusu ilə müqavilə yeniləyib
- Filip İvanoviç: "İllərdir, "Qarabağ" Premyer Liqada favoritdir" - Müsahibə
- Laurentsiu Regekampf: “Eyni səviyyəni qoruyub saxlamalıyıq”
- Kurban Berdiyev: “Növbəti oyunlarda daha da yaxşı oynayacağıq”
0
0