Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün daha 4 oyun keçirilib.
Qarşılaşmalar Milli Gimnastika Arenasında baş tutub.
Monteneqro millisi Polşa üzərində minimalhesablı qalib qazanıb - 1:0. Serbiya isə Gürcüstanı 3:2 hesabı ilə məğlub edərək adını 1/4 final mərhələsinə yazdırıb.
Qeyd edək ki, 1/4 finalın mayın 27-də müəyyənləşən ilk iki cütündə Azərbaycan İngiltərə ilə, Mavritaniya Macarıstanla qarşılaşacaq.
Dünya çempionatı
1/8 final
28 may
17:30. Monteneqro - Polşa 1:0
19:00. Bosniya və Herseqovina - Tailand 3:1
20:30. Çexiya - İsrail 4:1
22:00. Serbiya - Gürcüstan 3:2
- DÇ-26: Hansı oyun, saat neçədə, hansı kanalda?
- Alberto Blanko: “Layiqli qələbə qazandığımıza görə çox sevinirəm”
- Azərbaycan Ağırlıqqaldırma Federasiyası daha iki məktəbi avadanlıqla təmin edib
- Qazaxıstanlı idmançı: “Yarışlar çox gözəl təşkil olunub, Xankəndi xoşuma gəldi”
- DÇ-2022-nin ən yaxşıları - Xavinin seçimi