Bu gün Misli Premyer Liqasında VIII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.
"Şamaxı" "Şəfa"nı qəbul edib. Görüş qonaqların üstünlüyü ilə başlayıb. Komanda ardıcıl iki top vurub.
Lakin meydan sahibləri oyunda geridönüş etməyi bacarıblar. "Şamaxı" 3:2 hesablı qələbəyə sevinib.
Misli Premyer Liqası
VIII tur
16 oktyabr
15:00. "Şamaxı" – "Şəfa" 3:2
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov.
VAR: Elvin Bayramov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu