- Bizim üçün çox vacib qələbə idi. Futbolçular xarakter göstərdilər. Əvəzetmədən oyuna girənləri də xüsusi qeyd etmək istəyərdim. Bərabər səviyyəli oyun oldu. "Sumqayıt"a xüsusi təşəkkür edirəm ki, biz avrokuboklarda oynayanda matçın təxirə salınmasına razılıq verdilər.
Apasport.az saytı xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev “Sumqayıt”la (3:1) oyundan sonra keçirilən mətbuat konfransında deyib.
- Yusif İmanov neçənci dəfədir ki, yaxın küncdən qol buraxır. Bu, sizin üçün problemdir?
- Əlbəttə ki, problemdir. Hər qolun öz səbəbi var. Yusif bəzən canlı səddi düz qurmur, bəzən düzgün mövqe seçmir.
- Yusifi paltardəyişmə otağında çox danladınız. O hətta yerdə oturmuşdu...
- Bəli, Yusiflə və qapıçı məşqçisi ilə çox sərt danışdım. Dedim ki, belə hal qəbuledilməzdir.
- İki aydan sonra qələbə qazandınız. Demişdiz ki, bir qələbə bizi çətin vəziyyətdən çıxaracaq. Qələbələrin davamının gələcəyinə inanırsız?
- İnanıram ki, getdikcə daha yaxşı olacağıq. Əzmkar qələbəyə görə çox şadam. Hamının çiynində yük var idi. Çox sadə qollar buraxırdıq. İnanmıram ki, düşdüyümüz vəziyyətdən çıxacağıq.
- Komanda bu gün çox güc sərf etdi. Üç gün sonra "Sumqayıt"la, sonra isə "Neftçi" ilə oyununuz var. Çətin olmayacaq?
- Bu, məni çox da narahat etmir. Avropa klubları belə qrafikdə oynayırlar. Düzdür, heyətdə itkilərimiz var. Vinsent Til, Jarl Marqarita millidə zədələniblər. Düşünürəm ki, bərpa ola biləcəyik.
- UEFA-nın yeni qanunundan sonra məşqçilərə çox sarı vərəqələr verilir. Bu haqda fikirləriniz maraqlıdır...
- Qanunlara riayət etməyə çalışacağıq. Daha təmkinli olmaq lazımdır.
- Super Liqada yeni mövsümün başlanma vaxtı bəlli olub
- Adrian Mutu: “Söz verirəm ki, uğur üçün hər matçda 200 faizimizi verməyə hazırıq”
- Mario Balotelli İtaliya klubunda - Rəsmi
- Mahir Şükürov: “Yalnız “Kəpəz”də deyil, bir neçə klubda pulları basıb-yeyirlər”
- Maradonanın oğlu: “Atamla Messini futboldan anlamayanlar müqayisə edirlər”