“Özümü komandada yeni oyunçu kimi hiss etmirəm”.
Apasport.az saytı xəbər verir ki, bunu, “Yurqorden”ə transfer olunan Musa Qurbanlı İsveç mətbuatına müsahibəsində deyib.
“Aftonbladet.se” saytına danışan Qurbanlı komandaya qısa müddətdə uyğunlaşdığını bildirib. Yığmamızın hücumçusu azarkeşlər barəsində də danışıb: “Komanda üzvləri qısa müddətdə ünsiyyət qura bildim. Burada yaxşı atmosfer var. Azarkeşlərin də sevgisi hiss olunur və onlar üçün mübarizə aparacağam”.
“Yurqorden” rəhbərliyi Qurbanlıya böyük ümidlər bəsləyir. Onun komandanın ən yaxşı hücumçularından biri olacağı qeyd olunur.
Qeyd edək ki, Musa Qurbanlı sabah İsveç çempionatında debüt edə bilər. “Yurqorden” öz meydanında lider “Elfsborq”u qəbul edəcək.
- Samir Əliyev: "Penaltidən istifadə etmək lazım idi" - MÜSAHİBƏ
- "Sabah" "Zirə"ni belə məğlub etdi - VİDEO
- III MDB Oyunlarının medal sıralaması: Rusiya liderliyini davam etdirir
- “Qarabağ” – “Lex” oyununu ingiltərəli hakimlər idarə edəcək
- Hidayət Heydərov: "Dünya çempionatında yaponiyalı rəqib üzərindəki qələbə ilə anılmaq istəyirəm"