Musanın komandası Konfrans Liqası ilə vidalaşdı
04.08.2023 - 00:53
Musa Qurbanlı Avrokublarda mübarizəni dayandırıb.
Apasport.az-ın məlumatına görə, onun çıxış etdiyi “Yurqorden” “Lütsern”lə bacarmayıb.
Yığmamızın üzvünün çıxış etdiyi komanda Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında heç-heçə oynayıb. Musanın 38-ci dəqiqədə meydana çıxdığı səfər oyununda 1:1 hesabı qeydə alınıb. Öz meydanında 1:2 hesabı ilə uduzan “Yurqorden” mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, Qurbanlı hər iki oyunda meydanda olsa da, komandasının qollarında iştirak etməyib.
- Aziz Yıldırımdan digər namizədlərə: "Geri çəkilin”
- Azərbaycan idmançıları yelkənli qayıq üzrə Avropa çempionatında yarışacaqlar
- Cüdo üzrə ölkə çempionatının açılış mərasimi keçirilib - FOTO
- Nazir və “Zirə”nin fəxri prezidenti millinin üzvləri ilə görüşdu
- Nuri Şahin: “Bu nəticəni qəbul etmək çətindir"
0
0