Musanın komandası qələbəni əldən verdi
13.08.2023 - 19:19
Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” uduzub.
Apasport.az-ın məlumatına görə, komanda İsveç çempionatının 19-cu turundə “Göteborq”a məğlub olub.
Səfər matçına “Yurqorden” yaxşı başlayıb. Komanda birinci hissədə hesabı açsa da, sona yaxın üstünlüyü əldən verib. Meydan sahibləri 77 və 86-cı dəqiqələrdə iki qol vuraraq, qələbə qazanıblar. Musa görüşün 88-ci dəqiqədə əvəzetmədən meydana daxil olub. Yığmamızın üzvü qısa müddət ərzində heç nə ilə yadda qalmayıb.
Qeyd edək ki, “Yurqorden” 33 xalla 5-ci pillədə yer alıb.
- "Neftçi" və "Turan Tovuz"a növbəti cərimə
- Güləşçilərimiz İtaliyada turnirdə iştirak edəcək
- "Mançester Yunayted" 85 milyon avroya futbolçu alacaq
- "Sabah" Rusiya klubuna 400 min avro ödəyib
- Hasan Arat klub prezidentliyindən deyil, “Beşiktaş Futbol” AŞ. başqanlığından istefa verdiyini açıqlayıb - YENİLƏNİB
0
0