"Neftçi" və "Qarabağ"ın veteran futbolçusu, hər iki klubda da məşqçi kimi işləmiş Nazim Əliyev apasport.az saytına açıqlama verib.
O, bu gün keçiriləcək Azərbaycan derbisi haqda fikirlərini bildirib:
"Neftçi" və "Qarabağ" komandalarının oyunu hər zaman maraqlı və gözəldir. Komandaların durumundan asılı olmayaraq, belədir. Doğrudur, "Qarabağ" bu oyunun favoritidir. Hər halda, son illərdə "Qarabağ"ın üstünlüyü var. "Neftçi"də isə Samir Abasovun gəlişindən sonra dirçəliş hiss olunur. Doğrudur, oyun baxımından zamana ehtiyacları var. Amma ən azından sona qədər mübarizə aparırlar, aqressivlik var. Məncə, "Neftçi" "Qarabağ"a qarşı sona qədər mübarizə aparacaq. Necə alınacağını isə artıq oyun göstərəcək. Çox maraqlı görüşdür. Ümidvaram ki, azarkeşlər və futbolumuz adına yaxşı oyun alınacaq. Proqnoz vermək çətindir və proqnoz verməyi xoşlamıram. Əsas odur ki, yaxşı futbol olsun. Hər iki komandada oynamışam, məşqçi də işləmişəm. Mənim üçün hər iki komanda da doğmadır. Allah qoysa, futbolumuz adına yaxşı oyun alınar".
- AGF rəsmisi Beynəlxalq Gimnastika Federasiyasında Texniki Komitəyə üzv seçilib
- "Monako" – "Qalatasaray" görüşü bu kanallarda
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- DÇ-26: Belçika İranla bacarmadı - YENİLƏNİB
- III MDB Oyunları: Azərbaycanın daha bir atıcısı gümüş medal qazanıb