Neftçi” qadın futbolçular arasında UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə mübarizəyə qoşulub.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu I təsnifat mərhələsində Monteneqronun “Buduçnost” komandası ilə qarışılaşıb.
Yunanıstanın Veria şəhərində baş tutan 1-ci qrupun yarımfinal matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb.
Penaltilər seriyasında daha dəqiq oynayan “Neftçi” 4:3 hesablı qələbə qazanaraq finala yüksəlib.
Siyasət Əsgərovun yetirmələrinin II təsnifat mərhələsinə vəsiqə uğrunda son rəqibi PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi olacaq.
- İsmail Kartal ilk matçında "Traktor"u məğlub etdi
- Güləşçilərimizdən Avropa çempionatında uğurlu start
- Türkiyə kubokunun yarımfinal matçlarını idarə edəcək hakimlər bəlli oldu
- "Neftçi" Avropa Kubokunda növbəti oyununa çıxacaq
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb