"Neftçi" Elvin Camalovun transferindən sonra daha bir futbolçu ilə yollarını ayırmağı planlaşdırır.
Yarımmüdafiə xəttindəki futbolçuların ağır və zəif təsir bağışlaması Samir Abasovun oyun gedişatında istədiyi dəyişiklikləri etməsinə ciddi mane olur. Elvin Camalovun bu mənada komandaya dinamika gətirəcəyi düşünülür. Həmçinin klub artıq heç bir gözləntinin qalmadığı və oyun planına uyğun olmayan oyunçularla vaxt itirmədən sağollaşmaq istəyir.
Belə ki, "apasport"a daxil olan məlumata görə, "ağ-qaralar" özünü heç cür doğrultmayan Rafael Quzzonu göndərmək istəyir.
Camalovun transferindən sonra isə Quzzo haqda fikir tam qətiləşib. Belə ki, portuqaliyalını göndərmək yolunda tərəflər arasında artıq danışıqlar gedir.
30 yaşlı futbolçunun "Neftçi" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, komandaya bu yay qoşulub. "Neftçi"dən əvvəl isə "Tondela", "Reus", "Famalikao", "Vizela", "Qoyas", "Şaviş" kimi klublarda oynayıb.
- İnternat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri "Qarabağ"ın qonağı olublar - FOTO
- Acunun komandası “fənər”in heyətdən uzaqlaşdırdığı futbolçunu istəyir
- İdmançımız dünya üçüncüsü olub
- Elhad Nəziri cəbrayıllı iş adamlarına səsləndi: “Bizə belə soyuq yanaşmasınlar”
- “Borussiya”nın maraqlandığı “Liverpul”lu