"Neftçi" "Lokomotiv"in oyunçusuna elçi düşüb
07.01.2024 - 12:04
“Neftçi” “Lokomotiv”in (Plovdiv) futolçusu Alfa Konte ilə maraqlanır.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” 23 yaşlı vingerin mümkün transferiylə bağlı danışıqlara başlayıb.
Məlumata görə, Plovdiv klubu syerra-leoneli üçün 350 min avro tələb edir. Lakin “Neftçi”nin bu məbləği aşağı salmaq istədiyi bildirilir.
Transfer qışda baş tutmasa, "Neftçi" syerra-leoneli futbolçunu ən azından icarəyə götürməyə çalışacaq.
Qeyd edək ki, Alfanın Bolqarıstan klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
- "Mançester Siti" "Everton"un müdafiəçisi ilə maraqlanır
- Qurban Qurbanov: "Hörmətli hakimlər diqqətli olmalıdır"
- Azərbaycanın gimnastika hakimləri qitələrarası kurslarda yüksək nəticə göstəriblər
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- III MDB Oyunlarının medal sıralaması: Azərbaycan ikinci pilləyə yüksəlib
0
0