“Neftçi” daha bir transferini rəsmiləşdirib.
Klubdan apasport.az saytına verilən məlumata görə, macarıstanlı futbolçu Mark Tamaşla 2 illik müqavilə bağlanıb.
29 yaşlı mərkəz müdafiəçisi komandamızın heyətində 4 nömrəli formanı geyinəcək.
Mark Tamaş Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” (2020-2022) və Rumıniyanın “Sepsi” (2022-2023) klublarında çıxış edib. Macarıstan milli komandasının heyətində 1 oyun keçirib. O, bu il “Sepsi”nin heyətində Rumıniya kubokunun və Superkubokunun qalibi olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası transfer edib.
- Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
- Levandovski 2 qol vurdu, "Barselona" mövsümə qələbə ilə başladı
- “Neftçi” Azərbaycan çempionatlarında 75-ci dəfə evdə məğlub olub
- Hakimləri təhqir etdi, AFFA bağışlamadı: Adil Şükürova böyük cəza
- Nərgiz Süleymanova dünya çempionatına vəsiqə qazanıb