Nigeriyalı futbolçu Peter Oluka karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, ölkəsinin “36 Lion” klubunun formasını geyinən 22 yaşlı futbolçu “Neftçi”dən təklif alıb.
Bakılılar onu bu yaxınlarda keçirilən “Caqaban kuboku” turnirində bəyənib. “Mobolaji Conson Arena”da dörd gün çəkən turnirin ən yaxşı yarımmüdafiəçi seçilən Oluka “Neftçi”yə baxışa dəvət edilib. Futbolçu “ağ-qaralar”ın düşərgəsinə qoşulmaq üçün dünən yola düşüb.
Əsl mövqeyi dayaq yarımmüdafiəçisi olan, orta sahədə və müdafiənin sol cinahında da oynamağı bacaran Peter Oluka ölkəsində yüksək texnikaya, ötürmə qabiliyyətinə və topla sürətli davranışına görə perspektivli gənclərdən sayılır. Nigeriyalılar “Neftçi”nin məşqçilər korpusunun onu çıxışına heyran qalacağını düşünür.
Qeyd edək ki, Peter Oluka ötən il iki ay Moldovanın “Kodru” klubunda çıxış edib.
- “Barselona” Olmonu transfer etmək istəyir
- "Mançester Yunayted"in yeni transfer hədəfi
- Vurğun Hüseynov: “Azarkeşlərimiz gələcəkdə daha yaxşı "Sumqayıt" görəcəklər"
- Premyer Liqada 3 turun oyun cədvəli bəlli olub
- Bəxtiyar Musayev: “Mutu Regekampfla müqayisədə “Neftçi”də daha yaxşı işlər görəcək” - MÜSAHİBƏ