"Neftçi" "Qəbələ"nin yetirməsini transfer edəcək
27.05.2024 - 22:41
"Neftçi"nin növbəti transferinin adı bəlli olub.
Apasport.az saytına verilən məlumata görə, "ağ-qaralar" "Qəbələ"nin futbolçusu Emil Səfərovu heyətinə qatmağa hazırlaşır.
Artıq tərəflər arasında bütün şərtlərin razılaşdırıldığı və Səfərovun yaxın vaxtlarda "Neftçi"yə keçəcəyi gözlənilir. Səfərovun "Neftçi" ilə uzunmüddətli müqavilə imzalayacağı ehtimal olunur.
Qeyd edək ki, milli komandamızın üzvü "Qəbələ" futbol akademiyasının yetirməsidir. "Qarabağ" da onu heyətinə qatmaq istəsə də, sonda "Neftçi" onu heyətinə qatmağa nail olub.
- Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazanıb
- “Liverpul” futbolçusunu cəzalandırıb - 2 həftəlik maaşı verilməyəcək
- "Arsenal"dan kritik 3 xal, "Yunayted" bu dəfə məğlub oldu: PL-də gecənin nəticələri
- Slovakiyalı futbolçu: “Favoritlərin problemləri artır”
- “Aston Villa” İtaliya klubundakı futbolçusunu geri qaytarıb
0
0