“Neftçi” – “Rapid” oyununun hakimləri açıqlandı
30.07.2022 - 12:04
Konfrans Liqasının III təsnifat mərhələsinin “Neftçi” – “Rapid” matçının hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, avqustun 4-də Bakıda keçiriləcək görüşü Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.
Saat 21:00-da başlayacaq qarşılaşmada Dario Bel fit çalacaq. Ona Maryan Tomas və Kristian Novosel kömək edəcək. “Bakcell Arena”da dördüncü hakim funksiyasını Tihomir Pejin yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 11-də baş tutacaq cavab oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matç Vyanadakı “Veststadion”da təşkil olunacaq.
- İlin ən yaxşı gənc futbolçusu: Cud Bellingem
- Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşırlar
- Azərbaycan kubokunda I təsnifat mərhələsinin cədvəli
- Elvin Məmmədov: "Özüm barədə böyük-böyük danışmaq istəmirəm"
- 2022-ci ilin ən yaxşı qapıçısı və məşqçisi adına namizədlər – SİYAHI
0
0