“Yeni futbolçuların transferi ilə bağlı uzun müddətdir danışıqlar gedir”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin idman direktoru Zaur Əzizov deyib.
Klub rəsmisi yeni baş məşqçi Laurentsiu Regekampfın təqdimat mərasimində çıxış edərək, yeni transferlər olacağını söyləyib: “Baş məşqçi ilə bir neçə gündür transfer mövzusunda müzakirə aparırıq. Bəzi oyunçularla artıq ilkin razılaşmalar var. Yeni oyunçuların uğurlu olması üçün əlimizdən gələni edirik. İnanırıq ki, onlar komandamıza kifayət qədər kömək edəcəklər”.
Qeyd edək ki, "Neftçi" Laurentsiu Regekampfla 2 illik müqavilə imzalayıb.
- Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını ləğv edib
- Azərbaycan Karate-Do Federasiyasının prezidentinin vəfat səbəbi açıqlanıb
- Yaponiya millisinin üzvü “Kristal Pelas”da
- 2024-cü ilin ən yaxşı baş məşqçisi və futbolçusu mükafatına iddialılar bəlli olub
- Sabiq “Fənər”li “Torino”ya keçə bilər