“Neftçi”nin yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçulardan birinin adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Bakı klubunun maraq dairəsində olan oyunçulardan biri Klaudiu Petriladır.
“Ağ-qaralar” Klujun ÇFR klubunda forma geyinən rumıniyalı vingeri icarəyə götürməyi planlaşdırır. 23 yaşlı futbolçu hücumameylli yarımmüdafiəçi kimi də çıxış edir.
2018-ci ildən ÇFR-in əsas komandasında olan Petrila 2020/21 mövsümünün yarısını icarə əsasında “Sepsi”də keçirib. O, cari çempionatda 34 oyunda 2 qol vurub.
Qeyd edək ki, Rumıniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Petrila ötən il əsas millinin heyətində də debüt edib.
- “Siti” “Tottenhem” səfərindən 1 xalla qayıdır
- Mahir Emreli: "Bu komandanın bir parçası olmaqdan qürur duyuram"
- Rüfət Abbasov: “Sumqayıt” səfərindən bir xalla qayıtmaq pis nəticə deyil"
- İspaniyalı futbolçu zədələndi - HEYƏTDƏN KƏNARLAŞDIRILDI
- "Mançester Yunayted"lə oyun öncəsi "Fənərbaxça"da ciddi itki