“Neftçi” növbəti transferini reallaşdırmağa yaxındır.
"Apasport"un əldə etdiyi məlumata görə, Bakı klubu slovakiyalı hücumçu Lübomir Tuptanı heyətinə qatmağa hazırlaşır.
27 yaşlı futbolçu hazırda Yunanıstanın AEL klubuna məxsusdur və hücumun mərkəzində, həmçinin cinahlarda çıxış edə bilir.
Tupta karyerası ərzində “Hellas Verona”, “Visla Krakov”, “Askoli”, “Sion”, “Slovan Libereç”, “Peskara” və “Vidzev Lodz” kimi klubların formasını geyinib.
Slovakiya millisinin üzvü olan forvardın yaxın günlərdə Bakıya gələrək tibbi müayinədən keçməsi gözlənilir.
Qeyd edək ki, Lübomir Tupta ötən yay AEL ilə 3 illik müqavilə imzalayıb.
Slovakiya millisində 21 oyuna çıxan hücumçu müxtəlif yaş qrupları üzrə yığmalarda da çıxış edib.