“Neftçi”də 4 itki - ”ZİRƏ” ilə matçda iştirak edə bilməyəcəklər
12.04.2025 - 23:22
“Neftçi”də 4 itki -  ”ZİRƏ” ilə matçda iştirak edə bilməyəcəklər

Neftçi" Misli Premyer Liqasının XXX turunda “Zirə” ilə matçın hazırlığını başa çatdırıb. 

Apasport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb. 

Bakı klubu bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. "Neftçi"nin futbolçuları Emin Mahmudov, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən zirəlilərlə görüşü buraxacaqlar. 

Qeyd edək ki, aprelin 13-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 19:15-də başlanacaq.