"Neftçi"də 5 itki
14.12.2024 - 21:24
“Neftçi” Misli Premyer Liqasının XVII turunda qarşılaşacağı “Kəpəz” klubu ilə oyunun hazırlığını başa vurub.
Apasport.az xəbər verir ki, “ağ-qaralar”ın heyətində 5 futbolçu meydana çıxa bilməyəcək.
Komandanın heyətində Emin Mahmudov, Robert Bauer, Rafael Quzzo, Rəhman Hacıyev və Dembo Darbo zədə üzündən “Kəpəz”ə qarşı forma geyinə bilməyəcəklər. Zədədən sonrakı bərpa prosesini geridə qoyan Azər Salahlı isə son məşqdə iştirak edib.
Qeyd edək ki, dekabrın 15-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” matçı saat 18:30-da başlayacaq.
- Tural Axundov: "İlqar Nadiri ilə işləməkdənsə, klubsuz qalaram, daha yaxşıdır" - Müsahibə
- DÇ-2022: 1/4 finalçıların çempionluq ŞANSI
- AVRO-2026 üzrə Təşkilat Komitəsinin nümayəndələri Bakıda
- “Qızıl top”un sahibi: "Bir gün vətənə qayıdıb, orada yenidən oynaya biləcəm"
- AKAF COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü təşkil edib
0
0