“Neftçi” yayda komandada bəzi dəyişiklər edəcək.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” Azər Salahlını göndərməyi planlaşdırır. Belə ki, ona yeni müqavilə təklif edilməyəcəyi gözlənilir. Halbuki onun müqaviləsindəki bəndə əsasən, “Neftçi” müqavilə müddətini daha bir illik artıra bilər.
Salahlı 2022-ci ildə “Neftçi”yə keçib və müqaviləsi bu mövsümün sonunda başa çatacaq.
“Neftçi”nin yollarını ayırmaq istədiyi tək oyunçu Salahlı deyil. Böyük ümidlərlə komandaya cəlb edilmiş Azər Əliyev də göndərilməsi gündəmdə olan futbolçular siyahısındadır. Onun isə paytaxt təmsilçisi ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Yeni mövsümdən “Neftçi”də yeni heyətin qurulacağı gözlənilir.
- Füzulidə ilk dəfə beynəlxalq reqata keçiriləcək
- “Şəfa” rəsmisi: “Fuad Musayevin ailəsindən halallıq almışıq və artıq “ASK Arena”dayıq” - MÜSAHİBƏ
- Rəşad Sadiqov “Xankəndi” haqda: “Komandanın adı tam təsdiqlənməyib” - MÜSAHİBƏ
- "Qəbələ" "Zirə" ilə oyuna itkilərlə çıxacaq
- "Santos"a qayıdan Neymarın ilk matç performansı - VİDEO