"Neftçi"də daha bir ayrılıq
28.06.2024 - 21:10
Köklü dəyişikliklər edən “Neftçi” klubunda növbəti ayrılıq reallaşıb.
Apasport.az xəbər verir ki, “ağ-qaralar”da Kommunikasiya departamentinin rəhbəri vəzifəsini icra edən Aysu İbrahimli klubu tərk edib. 32 yaşlı mütəxəssisin yeni iş yeri AFFA olacaq. Oraya o, Marketinq departamentinə rəhbər təyin olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl “flaqman” 20 ildən sonra öz loqosunu dəyişib.
- Millimiz üçün danışılmış oyunlarla bağlı sessiya təşkil olunub
- Qurban Qurbanovun final dəyərləndirməsi: “Feyenoord”u üstün sayıram”
- Azərbaycan Basketbol Liqasında yarımfinal həyəcanı başlayır
- Maktominay “Mançester Yunayted”i xilas etdi
- Qar voleybolu üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib
0
0