“Neftçi” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının III təsnifat mərhələsində “Rapid”lə keçirilən cavab oyununda baş məşqçi Laurentsiu Regekampf məcburi əvəzləməyə əl atıb.
Buna səbəb müdafiəçi Azər Salahlının zədələnməsi olub. Qarşılaşmanın 12-ci dəqiqəsində komanda yoldaşı Solomon Kvirkveliya ilə toqquşan Azərbaycan millisinin üzvü ağrılar içində mübarizəni davam etdirsə də, cəmi 8 dəqiqə belə meydanda qala bilib. Nəticədə sol cinah oyunçusu 20-ci dəqiqədə əvəzlənib. Onun yerinə Mert Çelik meydana daxil olub.
Qeyd edək ki, Vyanada keçirilən matçda hazırda hesab açılmayıb.
- Avropa çempionlarımız Bakıda xüsusi avtobusla kuboku nümayiş etdirəcək
- Yeniyetmə güləşçilər arasında "Zəfər kuboku"na yekun vurulub
- “Fənərbaxça”nın futbolçusu karyerasını İspaniyada davam etdirə bilər
- Zəiflərin liderlərinin oyununa PROQNOZ
- “Qarabağ”ın səfər oyununa ayrılmış biletlər satışa çıxarılır